"Facebook" ünsiyyət vasitəsi olmaqla yanaşı, elektron ticarət platformasına çevrilir. Sosial şəbəkədə alqı-satqı funksiyası yaradılıb.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, aparılan tədqiqatla müəyyən olunub ki, hər gün 450 milyondan çox insan "Facebook"da geyim və digər əşyaların satışı ilə bağlı elanlara baxır. Bunu nəzərə alan şirkət istifadəçilərin işini asanlaşdırmaq qərarına gəlib.
Yeni xidmət vasitəsilə məhsulun alış-satışı ilə yanaşı, barteri də mümkündür. Funksiyanın istifadəsi isə olduqca asandır.
Hazırda bu funksiyadan istifadə 4 ölkədə mümkündür. Bunlar Amerika Birləşmiş Ştataları, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyadır. Yaxın gələcəkdə xidmətin əhatə dairəsi genişlənəcək.
Milli.Az