Seksin 12 QIZIL QAYDASI

Seksin 12 QIZIL QAYDASI
21:37 4 Oktyabr 2016
301 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən seksin 12 qızıl qaydasını təqdim edir. Cinsi problemlərin səbəblərini bilsəniz, onları aradan qaldıraraq sağlam cinsi həyata sahib olarsınız.

Danışın

Cütlüklərin danışaraq bütün qayğı və qorxuları, kədərli hadisələri, onları narahat edən mövzuları və istəklərini qəti, dəqiq bir dillə izah etməsi, fantaziyalarını tərəf müqabilləri ilə paylaşmaları cinsi problemlərinin həllində ilk addım olmalıdır. Problemli cinsi həyat üçün ən yaxşı dərman daha yaxşı bir ünsiyyətdir. Ünsiyyət isə danışmaqla başlayır. Danışıqda əhəmiyyətli olan verəcəyiniz ismarıcların səhv anlaşılmamasına diqqət etməkdir. "Həmişə özünü düşünürsən, mənimlə maraqlanmırsan, mənim həzz almam sənin üçün əhəmiyyətli deyil", - demək əvəzinə, "ön sevişməni uzadaq, yataqda birlikdə daha çox vaxt keçirə bilərik, beləcə, səni daha çox hiss edərəm", - deyə bilərsiniz. Danışarkən düşüncələrinizi bu formada izah etsəniz, partnyorunuz bunu deyinmək kimi qəbul etməyəcək. Üstəlik, özünü tənqid edilmiş kimi də hiss etməz və sizi narahat edən davranışlarını yenidən nəzərdən keçirər.

İdeal mühit

Şirin söhbətlər, yumşaq yastıqlar, rahat bir musiqi cütlüklərin cinsi enerjisini artıracaq ideal bir mühitdir. Yemək yedikdən sonra sevişməyin. Sevişməzdən əvvəl soyuq, buzlu içkilərdən, dondurmadan uzaq durun. Çünki həzmsizlik və ya soyuq yeməklər cinsi enerjini azaldır. Yorğun, ac və əsəbi olan zaman da cinsi əlaqədən qaçın. Çünki bu da cinsi enerjinin balanssızlığına səbəb ola bilər. Sevişməzdən yarım saat əvvəl tualet ehtiyaclarınızı ödəyin. Dolu sidik torbasıyla cinsi əlaqəyə girmək xoşagəlməzdir. Həddindən artıq soyuq və ya həddindən artıq isti havalı günlərdə də sevişmək elektromaqnit sahədə tarazlığa gətirib çıxara bilər. Sevişməzdən əvvəl və sonra çox işləməyin. Əzələlər boşaldığı üçün enerji toplamaq çətinləşər.

Toxunun

Cütlüklər üçün cinsəlliyin qorxulu tərəfləri də olmamış deyil. Kişilərin ereksiya, təmin edə bilməmə, erkən boşalma və s. kimi qorxuları var. Qadınlarda isə kirlənmə, zərər görmə, alçaldılma. Cinsəllik sevgi və şəfqət dolu toxunuşlarla kombinə edildikdə qorxuducu olmur. Bu səbəbdən də cinsi xoşbəxtliyin sirri cütlüklərin bir-birini çox yaxşı tanımalarından asılıdır. Tərəf müqabilinin bədənini yaxşı tanımaq üçün göz qapaqları, dodaqlar, üz, sinə bölgəsi, əllər, omba, ayaqlar, ayaq barmaqlarına qədər cinsi həzz alaraq və cinsi həzz verərək sevgiylə toxunmaq şərtdir. Beləcə, toxunduqca partnyorunuzun sirrini kəşf edəcək, qarşınıza çıxacaq yeni duyğular xoşunuza gələcək və hər ikiniz də olduqca həyəcanlı, zövqlü anlar yaşayacaqsınız.

Ön sevişmə əhəmiyyətlidir

Daha uzun, həssas və həzz dolu bir cinsəllik yaşamaq, kişilərdə boşalmanın nəzarət altına alınması, qadınların isə daha asan orqazma çatması üçün  ön sevişmə vacibdir. Ön sevişməyə kifayət qədər vaxt ayıran cütlüklər sağlam və xoşbəxt bir cinsi həyata sahib olurlar.

Eşq oyunları oynayın

Tərəf müqabilinizin əvvəlki kimi arzulanan, həyəcanlı və zövqlü olmadığını düşünürsünüz? Aranızda konkret bir problem olmasa da, artıq birlikdə daha az vaxt keçirirsiniz? Hətta zamanla bir-birinizdən uzaqlaşırsınız? Cavablarınız "bəli"dirsə, münasibətinizdə ilk vaxtlarda hiss etdiyiniz arzunu, həyəcanı, romantizmi və saflığı yenidən yaşamaq istəyirsinizmi? Elə isə, istəyinizi yenidən alovlandırmaq üçün ipucu: eşq oyunları. Eşq oyunları tərəf müqabilinizlə birlikdə etdiyiniz uşaq kimi, şıltaqyana və təhrikedici şeyləri əhatə edir. Eşq oyunlarının ən əhəmiyyətli parçası olan cinsi yaradıcılığı isə əvvəldən planlaşdırmalısınız. Bu, altproqramı olmayan cinsi dəcəllikdir. Cinsi fantaziyaları paylaşmaq, fotoşəkillərlə oynamaq, tərəf müqabillərinin bir-birilərini ələ alması üçün barda görüş təyin etmək, sevgi və şəhvət dolu kiçik qeydlər yazmaq, fərqli məkanlarda sevişmək, erotik mesajlar yazmaq, şam işığında şərab içib rəqs etmək, kiçik hədiyyələr alıb tərəf müqabilinizi sevindirmək, birlikdə günəşin batmasını və ya doğuşunu izləmək, sizi bir-birinizə daha da yaxınlaşdıracaq romantik yerlərə getmək, onunla necə tanış olduğunuzu, ona necə aşiq olduğunuzu izah edən bir hekayə yazmaq, onu daima sevdiyinizi hərəkətlərinizlə və sözlərinizlə göstərmək kimi eşq oyunlarını təcrübədən keçirə bilərsiniz. Cinsi həyatınızda cəsur olun, xəyal belə edə bilməyəcəyiniz qədər peşəkar bir aktyor olmağa çalışın, cinsi eşq oyunları ilə zəngin repertuar yaradın.

Özünüzlə barışın

Özünü tanımayan və özü ilə bağlı mənfi düşünən cütlüklərin cinsəllikdə rahat olması mümkün deyil. Məsələn, cinsi istək pozuqluğunun arxasında ağır patologiya yoxdursa, cinsi istəyin olmaması böyük bir ehtimalla insanın cinsi fantaziyalarının, arzularının fərqinə varmaması ilə əlaqədardır. Bu arzular, fantaziyalar insanda günahkarlıq və ya utanc yaratdığı üçün sağlam və xoşbəxt cinsi həyat yaşanmır.

Güvənin

Uşaqlıqda və yetkinlik dövründə güvən duyğusu zədələnənlərə əvvəlcə özgüvən duyğularını yenidən qazandırmaq lazımdır. Qarşısındakına güvənməyən insanların sağlam və xoşbəxt bir cinsi həyat yaşaması mümkün deyil.

Partnyorunuza hörmətlə yanaşın

Bir-birlərinə qarşı sevgi və hörməti olmayan cütlüklərin sağlam və xoşbəxt cinsi həyatlarının olmasını gözləməyin. Çünki sevgi və hörmət cütlüyün cinsi həyatını yaxınlaşdırır. Bir-birini oxşamaq, sevmək üçün cütlüklər bir-birlərinə sevgilərini fiziki olaraq göstərməlidirlər. Gün ərzində çiçək vermək, hal-əhval tutmaq sevgini ifadə etməyin yollarından biridir. Bunun sayəsində cütlüklər sevgiylə seksi bir-birinə qatmağı və seksin olduğu zaman sevginin də ola biləcəyini hiss etməyi öyrənirlər.

Rahat olun

Cinsəlliyin dadını çıxarmaq üçün cinsi əlaqədən əvvəl bütün əsəbləri sakitləşdirmək və rahatlamaq çox əhəmiyyətlidir.

Utanmayın

Utanc duyğusundan xilas olmaq üçün cinsi söhbətlərdən, açıq sözlər və hərəkətlərdən istifadə edə bilərsiniz. Cinsi təcrübəsi az olan, utancaq, çəkingən cütlüklər üçün bu texnikalar çox uğurlu olur. Bunun sayəsində cütlüklər cinsi mövzularda çatışmazlıqlarını aradan qaldırarlar.

Diqqətinizi cəmləşdirin

Cinsəllik mexaniki və texniki bir hadisə olmadığı üçün seks əsnasında bütün diqqətinizi tərəf müqabilinizə və cinsi hərəkətlərinizə istiqamətləndirmək çox əhəmiyyətlidir. Cinsi əlaqə əsnasında fikrinizin başqa yerdə olması beynin bədənə uyğun olmayan bir vəziyyətidir. Diqqətinizi şəhvətə cəmləşdirməməyiniz həzz almağınıza və verməyinizə mane olar. Boşalma yalnız beyinlə əlaqədar bir məsələdir. Əgər beyninizdə boşalmağa qərar verməsəniz, bədəniniz hər hansı bir narahatlıq duymadan boşalmadan, lakin tamamilə təmin olmuş bir şəkildə seviçməni bitirə bilər.

Sağlam qidalanın

Qidalanma vərdişi həm sağlamlıq, həm də cinsi həyat üçün son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən də xoşbəxt bir cinsi həyat üçün mütləq sağlam və cinsi iştahı artıran qidalar yeməlisinizr. Eyni zamanda, qidalanma qədər düzgün və elastik bir fiziki quruluşa sahib olmaq da ümumi mənada sağlamlıq və cinsi həyat üçün son dərəcə vacibdir. Çünki bədənlə sinir sistemi, ifrazat vəzləri və daxili orqanlar arasında güclü bir əlaqə var. Spirtli, kafeinli içkilər, siqaret cinsi həyata mənfi təsir edir. Bu maddələrin qəbulu məhdudlaşdırılmalı, hətta imtina edilməlidir.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 18:32

Əlillərin protezlərlə təminatı üçün 2 milyon ayrıldı - SƏRƏNCAM

30 Mart 2017 18:29

Millət vəkilinin nəvəsi əcnəbi QIZLA NİŞANLANDI - FOTOLAR

30 Mart 2017 18:28

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslər üçün yüksək texnologiyalı protezlər hazırlanacaq

30 Mart 2017 18:27

Müharibə əlilləri üçün yüksək texnologiyalı protezlər hazırlanacaq

30 Mart 2017 18:26

Unibank Mobile-dan artıq planşetlərdə də istifadə mümkündür

30 Mart 2017 18:23

Nefti əvəz edən tükənməz resurs - “Ağ qızıl”

30 Mart 2017 18:23

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

30 Mart 2017 18:22

Sınaq imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

30 Mart 2017 18:22

Azərbaycanlı məşhurun 22 yaşlı oğlu üzə çıxdı: "Onu dəlicəsinə sevirəm" - FOTO

30 Mart 2017 18:22

Bayramda satılmayan səmənilərin aqibəti...

30 Mart 2017 18:22

Leyla Əliyeva Moskvada Yəhudi Muzeyində - FOTOLAR

30 Mart 2017 18:18

"Neftçi" əvvəlki günlərə dönmək istəyirsə..." - Flavinyo

30 Mart 2017 18:17

Cinayət Məcəlləsinə dəyişiklik

30 Mart 2017 18:12

İtirilən "Smart-kart" necə bərpa olunur?

30 Mart 2017 18:09

Təranə Səmədova: "Qızım metroda öpüşsə..."

30 Mart 2017 18:08

Ermənistan "İsgəndər"ləri döyüş mövqeyinə çıxardı, Bakıdan "Metsamor cavabı" eşidildi - FOTO

30 Mart 2017 18:05

Cenniferdən yeni fotosessiya

30 Mart 2017 18:05

"Ceyhun şərəfsiz hərəkətləri ilə məni elə iyrəndirib ki..."

30 Mart 2017 18:05

"Göstərişi birbaşa Cahangir Hacıyev verib" - MƏHKƏMƏ

30 Mart 2017 18:04

UNEC professoru BMT-nin mükafatına layiq görülüb

30 Mart 2017 17:59

Əsnəmək niyə yoluxucudur?

30 Mart 2017 17:57

Sabah əsla bunları etməyin!

30 Mart 2017 17:53

Həyat yoldaşını yeni itirən məşhur başqa qadınla - FOTO

30 Mart 2017 17:52

Bakıda Frankofoniya həftəsi keçiriləcək

30 Mart 2017 17:52

Öpüşməkdən o tərəfə

30 Mart 2017 17:52

SOCAR-dan dənizdə gözlənilən fırtına ilə bağlı AÇIQLAMA

30 Mart 2017 17:49

Məşhur, gənc model okean sahilində - FOTO

30 Mart 2017 17:47

Bakının təhlükəli ərazilərinin adı AÇIQLANDI

30 Mart 2017 17:47

"Şahdağ"dan darmadağın

30 Mart 2017 17:47

İngiltərədə dəhşət - Bir ailə qanına qəltan edildi

30 Mart 2017 17:43

Komitə: "Münaqişəli ailələrdə uşaqların hüquqlarının qorunması gücləndirilməlidir"

30 Mart 2017 17:42

Azərbaycanlı qızla yataq fotoları yayılan bəy efirə qayıtdı

30 Mart 2017 17:42

Nazənindən ŞOK TƏLƏB: Təranə Qumralın avtomobilinə həbs qoyulsun!

30 Mart 2017 17:39

Bakıda sürüşmə təhlükəsi olan yerlər açıqlandı

30 Mart 2017 17:38

Putin: “Trampa bunu etməyə imkan vermirlər”

30 Mart 2017 17:38

Deputat: "Azərbaycanda iqtisadi inkişaf yerlərdə ixtisaslı kadrlara tələbatı artırır"

30 Mart 2017 17:37

5 uşaq anası kameralara çılpaq "düşdü" - FOTO

30 Mart 2017 17:37