Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynanın Bakıdakı səfiri: "Status-kvo qəbuledilməzdir"

Ukraynanın Bakıdakı səfiri: "Status-kvo qəbuledilməzdir"

Date: 4 October 2016 21:52

Bakıda Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr olunan tədbir keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko Azərbaycan dilində çıxış edib.
O qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib: "Bu dəstəyə görə Azərbaycan prezidentinə təşəkkürümü bildirirəm. Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir. Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb".
 
Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm". Səfir Ukrayna prezidenti Petr Poroşenkonun Azərbaycana səfərini xatırladaraq münasibətlərin gələcək inkişafından da danışıb.
 
Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə iki ölkə arasında münasibətlərdən danışaraq bildirib ki, Azərbaycan həmişə Ukrayna ilə əməkdaşlıqda maraqlıdır.
 
Tədbir bədii hissə ilə davam edib.

Milli.Az


Tags:  Ukraynanın Bakıdakı səfiri Status-kvo qəbuledilməzdir

RƏYLƏR


Top news