Moskvanın Cümə məscidinə vəhabi hücumu

Moskvanın Cümə məscidinə vəhabi hücumu
21:54 4 Oktyabr 2016
127 Digər
Ölkə mətbuatı
A- A+

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

 

Rusiya Moskvadakı mənbələrin Lent.az-a verdiyi xəbərə görə, bu gün 20 radələrində Mir prospektində  yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid  şəxslər hücum .  

 

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

 

Məscid rəhbərliyinin hücum edənlərə dağılışmaq müraciəti nəticəsiz qalıb.

 

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

 

Hazırda məsciddə gərginlik davam edir.

 

Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR