Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib

Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib
21:57 4 Oktyabr 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası tədarük edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, kompleksin vəzifəsi Tartusta olan hərbi-dəniz bazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil zonasında yerləşən operativ birləşmələrinə məxsus gəmilərin hava hücumundan qorumaqdır.
Konaşenkov Suriyada S-300 kompleksinin yerləşdirilməsinin nə üçün Qərbdə çaxnaşma yaratdığının anlaşılmaz olduğunu əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-suriyaya-s-300-zenit-raket-kompleksi-batareyasi-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR