Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiya Suriyaya S-300 yerləşdirdi

Rusiya Suriyaya S-300 yerləşdirdi

Date: 4 October 2016 22:05

Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası tədarük edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, kompleksin vəzifəsi Suriyanın liman şəhəri Tartusda olan hərbi-dəniz bazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil zonasında yerləşən operativ birləşmələrinə məxsus gəmilərin hava hücumundan qorumaqdır.
Konaşenkov Suriyada S-300 kompleksinin yerləşdirilməsinin nə üçün Qərbdə çaxnaşma yaratdığının anlaşılmaz olduğunu əlavə edib.

Milli.Az


Tags:  Rusiya Suriyaya S-300 yerləşdirdi

RƏYLƏR


Top news