Whatsapp-da yeni funksiyalar

Whatsapp-da yeni funksiyalar
22:27 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Facebook"un sahibi Mark Zukerberq tərəfindən satın alındıqdan sonra bir sıra yeniliklər gətirilən "Whatsapp"a daha bir funskiya əlavə edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, artıq "Whatsapp"da fotolar üzərində müxtəlif effektlər və emojilər istifadə etmək mümkündür.

Digər yenilik ön kameraya flaş işıq əlavə edilməsi ilə bağlıdır. Bu funksiya xüsusilə qaranlıq məkanlarda selfi çəkmək istəyənlər üçün nəzərdə tutulub.

"Android" istifadəçilərindən fərqli olaraq "iOS"çular hələ bir müddət güncəlləməni gözləməli olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/476123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR