Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məktəbli qızı zorladı, Facebook-da yazdı

Məktəbli qızı zorladı, Facebook-da yazdı

Date: 4 October 2016 22:37

Keniya polisi azyaşlı qızla cinsi əlaqədə olduğunu Facebook-da bildirərək öyünən şəxsi həbs edib.

"Bu gün mən dördüncü sinif şagirdi olan qızla kolluqda sekslə məşğul oldum", onun daha sonra silinmiş Facebook statusunda yazdığı iddia olunur.

Milli.Az BBC-yə istinadən bildirir ki, onun Facebook postunda qızla ağacın yanında çəkdirdiyi şəklini də paylaşdığı deyilir.

Dördüncü sinif şagirdləri adətən 10 və ya daha az yaşlarında olurlar.

Polisin bildirdiyinə görə onlar hələ də 26 yaşlı şübhəli şəxs tərəfindən zorlandığı iddia olunan qızı axtarırlar.

Polis tərəfindən Kelvin Alfayo olduğu müəyyənləşdirilən şəxs çərşənbə günü məhkəmə qarşısına çıxacaq.

#ArrestMohammedAlfayo (#MəhəmmədAlfayonuHəbsedin) həştəqi Keniya sosial mediasında trendə çevrilib. Bu, ittiham olunan şəxsin Facebook-da adıdır.

Səhifəsindən hələ silinməmiş əvvəlki postlarında istifadəçi öz maddi imkanlarından, yüksək cinsi qabiliyyətindən və Keniya qadınlarının namusundan söz açır.

Cənab Alfayo-nu axtaran polis onu gizlənərkən aşkar etdiyini bildirib.

Polis onun onlayn şərhlərinin doğru olub-olmadığını araşdırır, yerli polis rəisi Jonathan Ngala bildirib.

Milli.Az


Tags:  Məktəbli qızı zorladı Facebook-da yazdı


RƏYLƏR


Top news