Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalist İranı məhkəməyə verir

Jurnalist İranı məhkəməyə verir

Date: 4 October 2016 22:42

Jurnalist Jason Rezaian və ailəsi İran hökumətini məhkəməyə verir

Milli.Az BBC-yə istinadən bildirir ki, Washington Post qəzetinin Tehranda müxbiri olmuş Jason Rezaian 18 aylıq həbsi zamanı dəymiş "düzəlməz ziyana" görə İran hökumətini məhkəməyə verir.

İddiada qeyd olunur ki, cənab Rezaian "işgəncə və digər qəddar münasibətlərə" məruz qalıb.

O iddia edir ki, İran ABŞ-la nüvə proqramına dair danışıqlar zamanı "güzəştlər əldə etmək üçün onu girov saxlayıb".

Jurnalistin həyat yoldaşı Yeganə Salehi də 72 gün həbsdə saxlanılıb.

Cənab Rezaian və xanım Salehi 2014-cü ilin 22 iyul tarixində Tehranda, təhülkəsizlik qüvvələrinin onların evində axtarış aparmasından sonra həbs ediliblər.

Jurnalist casusluqda ittiham edilərək gizli mühakimə edilib.

Milli.Az


Tags:  Jurnalist İranı məhkəməyə verir

RƏYLƏR


Top news