Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Altı nəfər yeməkdən zəhərləndi

Altı nəfər yeməkdən zəhərləndi

Date: 4 October 2016 22:44

Tovuzda bir neçə nəfər qidadan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə,  zəhərlənmə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz mərkəzi rayon xəstəxanasına müraciət ediblər.

 

Onlardan 6 nəfərin vəziyyəti orta ağır olduğuna görə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlər

2003-cü il təvəllüdlü Əfsanə Yusibova, 1991-ci il təvəllüdlü Ədalət Həsənov, 1998-ci il təvəllüdlü Şəhla Yusibova, 2008-ci il Xəyal Həsənov, 1996-cı il təvəllüdlü Əli Abbasov və 2007-ci il təvəllüdlü Zöhrə Xəlilovadır.

 

Xəstəxanaya müraciət edənlərin sayının artacağı ehtimal edilir.

 

İlkin məlumata görə zəhərlənmə mis qazanda saxlanılan ətdən baş verib.


Tags:  Altı nəfər yeməkdən zəhərləndi


RƏYLƏR


Top news