"Real"ın yarımmüdafiəçisi Xames Rodrigez müalicəsinə öz ölkəsində davam edəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, La Liqanın VII turunda "Eybar"la oyunda zədələnən futbolçu ölkəsində müayinə olunub.
Onun millidə oynaya bilməyəcəyi üçün İspaniyaya - klubun düşərgəsinə dönəcəyi gözlənilsə də, həkimlər icazə veməyiblər.
Belə ki, əzələsindən zədələnmiş Xames vətənində müalicə olunacaq və sağalandan sonra İspaniyaya yollanacaq.
Milli.Az