Tovuzda 6 nəfər zəhərlənib

Tovuzda 6 nəfər zəhərlənib
23:03 4 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda bir neçə nəfər qidadan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, zəhərlənmə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz mərkəzi rayon xəstəxanasına müraciət ediblər.

Onlardan 6 nəfərin vəziyyəti orta ağır olduğuna görə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlər

2003-cü il təvəllüdlü Əfsanə Yusibova, 1991-ci il təvəllüdlü Ədalət Həsənov, 1998-ci il təvəllüdlü Şəhla Yusibova, 2008-ci il Xəyal Həsənov, 1996-cı il təvəllüdlü Əli Abbasov və 2007-ci il təvəllüdlü Zöhrə Xəlilovadır.

Xəstəxanaya müraciət edənlərin sayının artacağı ehtimal edilir.

İlkin məlumata görə zəhərlənmə mis qazanda saxlanılan ətdən baş verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR