“Yəqin ki, Rusiya Azərbaycana “İsgəndər” satacaq, ancaq...”

“Yəqin ki, Rusiya Azərbaycana “İsgəndər” satacaq, ancaq...”
23:32 4 Oktyabr 2016
161 Dünya
Ölkə mətbuatı
A- A+

Kremlin indiyə qədər "İsgəndər" operativ-taktiki raketlərini heç kimə satmadığı bir vaxtda bu silahların Ermənistanda nümayiş olunması regiondakı hərbi-siyasi vəziyyəti daha da gərginləşdirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Gürcüstanda nəşr olunan "Arsenali" hərbi-analitik jurnalının məqaləsində deyilir.

Jurnal yazır ki, bu raketlərin Rusiya tərəfindən Ermənistana verilməsi apreldəki dördgünlük müharibə zamanı Azərbaycan ordusunun İsraildən aldığı müasir idarəolunan raketlərlə erməni ordusunun zirehli texnikasına dəqiq zərbələr endirməsinin nəticələrindən irəli gəlir. Məqalədə deyilir ki, aprel döyüşləri erməni generalitetinin ciddi səhvlərini üzə çıxarmaqla yanaşı Kremlin neytral mövqeyi ilə də yadda qaldı, bu isə Ermənistan əhalisində kəskin anti-rusiya əhvalı yaratdı.

"Görünür Rusiya Ermənistanda öz nüfuzunu qorumaq üçün İrəvana bahalı "İsgəndər" komplekslərini verib. Lakin istisna deyil ki, bu sövdələşmədə həm də uzaqgedən məqsədlər var. Yəqin Azərbaycan da "İsgəndər" almaq istəyəcək, ancaq Rusiya Bakıya bu operativ-taktiki raket komplekslərini dünya bazar qiymətlərinə satacaq"-jurnal yazır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR