Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi FOTO

Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi  FOTO
23:38 4 Oktyabr 2016
220 Digər
Ölkə mətbuatı
A- A+

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

Publika.az lent.az-a istinadən xəbər verir ki, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib .

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək "OMON"-çu gəlib. Polis əməkdaşları Moskva "Əhli Beyt" cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir.

Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR