Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı “qanuni oğru”nun adamı həbsdən çıxdı

Azərbaycanlı “qanuni oğru”nun adamı həbsdən çıxdı

Dəniz Seki həbsdən çıxan kimi ərə gedəcək (20 Fevral 2017 22:22)
SSRİ-nin ən gənc oğrusu "Lotu Quli"ylə şərik oldu - FOTO (18 Fevral 2017 10:47)
SSRİ-nin ən gənc oğrusu "Lotu Quli"ylə şərik oldu - CİNAYƏT DOSYESİ - FOTO (17 Fevral 2017 15:54)

Tarix: 4 Oktyabr 2016 23:42

Azərbaycanlı "qanuni oğru" Timur Sverdlovski ləqəbi ilə tanınan mərhum Timur Mirzəyevin və iri məbləğdə pul fırıldaqçılığında ittiham olunan Çelyabinskdəki adamı "baxanı" İlham Osmanov  məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, istintaqın versiyasına görə, mərhum "qanuni oğru"nun 36 yaşlı əlaltısı 2015-ci il fevralın 17-də "Angel A" kafesində iki dostunun yanında yerli firmalardan birinin direktoru Yevgeni Poletskovdan 11,2 milyon rubl və onun arvadına məxsus avtomobili öz adına keçirilməsini tələb edib. Poletskov reketlərlə görüşdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib, bundan sonra qruplaşma saxlanılıb.
 
Əvvəlcə hər üç şəxsə zorakılıqla bağlı ittiham irəli sürülüb, amma məhkəmə prosesində bu əməl "özbaşınalıq" kimi tövsif edilib. Nəticədə Çelyabinsk Mərkəzi rayon Məhkəməsi Osmanovu və onun iki dostunu 3 il sınaq müddəti ilə 3 il şərti azadlıqdan məhrum edib, onlar amnistiyaya düşdüklərindən cəzadan azad olunublar.
 

Milli.Az


Teqlər:  Azərbaycanlı qanuni oğrunun adamı həbsdən çıxdı



RƏYLƏR


Top xəbərlər