Tiflisdə partiya liderinin maşını partladıldı

Tiflisdə partiya liderinin maşını partladıldı
23:44 4 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Tiflisdə axşam radələrində "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə,  hadisə ilə bağlı Givi Tarqamadze  “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib.

 

"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”.

 

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR