Putinin 400 minlik şəxsi ordusu... – Rusiya politoloqundan ŞOK İDDİA

Putinin 400 minlik şəxsi ordusu... – Rusiya politoloqundan ŞOK İDDİA
00:23 5 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Milli Qvardiyası prezident Vladimir Putini təhlükəsizlik işçilərinin qiyamından qoruyacaq.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya politoloqu, jurnalist, siyasətçi Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Rusiyanın Milli Qvardiyası vətəndaşların mümkün etirazlarına qarşı durmaq üçün yaradılmayıb: “Vətəndaşların mümkün hücumlarına durmaq üçün, tətilçilər və şaxtaçılarla mübarizə üçün OMON-çular (Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı gücləri –red.) var. Milli Qvardiyanın əsas vəzifəsi Kreml rəhbərliyini başqa güc strukturlarından müdafiə etməkdir”.

Piontkovskiy bu kontekstdə bir il əvvəl Federal Təhlükəsizlik Xidməti ilə Kreml arasında baş verən münaqişəni xatırladıb: “Federal Təhlükəsizlik Xidməti Kadırova qədər çatmağa çalışaraq çox fəal şəkildə Nemtsovun qətlini araşdırmağa başladı. Bu, Kadırovla köhnə münaqişədir, onlar heç vaxt Putin-Kadırov layihəsini sevməyiblər. Qarşıdurma kifayət qədər kəskin idi və bu qarşıdurmanı Putin uddu. Amma Putin özü üçün dərs çıxardı ki, ona hansısa bir başqa universal struktur lazımdır. Başqa strukturların zəiflədildiyini nəzərə alsaq, 400 min çox böyük gücdür. Bu hakimiyyətin saxlanılması texnologiyasıdır. Bu müxalifətlə, yaxud da Ukrayna ilə mübarizə üçün deyil”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR