26 yaşlı gənc 4-cü sinif şagirdini zorladığını Facebook-da yazdı və...

26 yaşlı gənc 4-cü sinif şagirdini zorladığını Facebook-da yazdı və...
00:43 5 Oktyabr 2016
299 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün mən dördüncü sinif şagirdi olan qızla kolluqda sekslə məşğul oldum".

Publika.az BBC-yə istinadən xəbər verir ki, bunu Kenyalı Kelvin Alfayo öz Facebook səhifəsində yazıb. O. bu statusunu sonradan silsə də, polislər tərəfindən həbs edilib. Polisin bildirdiyinə görə, onlar hələ də 26 yaşlı şübhəli şəxs tərəfindən zorlandığı iddia olunan qızı axtarırlar.

Səhifəsindən hələ silinməmiş əvvəlki postlarında istifadəçi öz maddi imkanlarından, yüksək cinsi qabiliyyətindən və Keniya qadınlarının namusundan söz açır.

Polis onun onlayn şərhlərinin doğru olub-olmadığını araşdırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR