Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rejissorun oğlu azadlığa çıxdı - fotolar

Rejissorun oğlu azadlığa çıxdı - fotolar

Hüsnü Mübarək azadlığa çıxdı (21 Mart 2017 15:49)
Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV GÖRÜNTÜLƏR - VİDEO/FOTO (16 Fevral 2017 19:48)
"Şahin Zəkizadə ölməyib" - BAŞ HƏKİMDƏN AÇIQLAMA (16 Fevral 2017 14:39)

Tarix: 5 Oktyabr 2016 01:26

Rejissor Sinan Çetinin həbsdə olan oğlu Rüzgar Çetin azadlığa buraxılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvarında bir polisin ölümü, birinin də yaralandığı qəzanı törədən Rüzgarın cinayət işi üzrə 5-ci məhkəmə prosesi keçirilib.

O, hadisəni bilərəkdən törətmədiyini və qəza anı sərxoş olmadığını söyləyib:

“Qəzaya səbəb olacaq hərəkət etməmişdim. Sürət həddini də aşmamışdım. Kaş ki olmasaydı. Bir insanı sevdiklərindən ayırdığım üçün üzgünəm”.

Qəzada vəfat edən polis İsmet Fatih Alagözün ailəsi şikayətini geri çəkib və Rüzgar azadlığa çıxıb. Bununla belə, o, 18 ay müddətinə sürücülük hüququndan məhrum edilib.






Teqlər:  Rejissorun oğlu azadlığa çıxdı fotolar



RƏYLƏR


Top xəbərlər