Ağ Evdən Suriyada “S-300”-lərin yerləşdirilməsinə münasibət

Ağ Evdən Suriyada “S-300”-lərin yerləşdirilməsinə münasibət
01:29 5 Oktyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Ağ Ev hesab edir ki,  Suriyada “S-300” komplekslərinin yerləşdirilməsi Rusiyanın bu ölkədə ekstremizmlə mübarizəyə dair bəyan etdiyi məqsədə ziddir.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

 

“Bu avadanlıqlar Rusiya prezidentinin  Suriyada ekstremizmlə mübarizəyə dair  bəyanatlarına ziddir. Bildiyimizə görə, İŞİD və “Əl Qaidə”nin orada təyyarələri yoxdur. Rusiyanın kəşfiyyat məlumatları fərqli ola bilər, amma mən bundan əmin deyiləm”, - deyə o əlavə edib.   

 

Qeyd edək ki, Rusiya Suriyada “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirdiyini təsdiqləyib. 

 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR