Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin rəqibində itki

Millimizin rəqibində itki

Date: 5 October 2016 06:14

Mövsümün sonunda “Beşiktaş”dan ayrılaraq “Volfsburq”a keçən Mario Qomes uğursuzluqlardan qurtula bilmir. Apasport.az saytının məlumatına görə, cari mövsümdə Bundesliqada qol hesabını heç cür aça bilməyən Qomes, Almaniya millisinin heyətindən də kənarlaşdırılıb.

 

31 yaşlı futbolçu baldırındakı zədəyə görə, yığmanın DÇ-2018-in seçmə mərhələsinin oyunları üçün açıqlanmış siyahıdan çıxarılıb.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasıyla birgə Q qrupunda yarışan Almaniya millisi oktyabrın 8-də Çexiya ilə, 3 gün sonra isə Şimali İrlandiya ilə üz-üzə gələcək. “Panzerlər” hər iki oyunu evdə keçirəcək. 


Tags:  Millimizin rəqibində itki


RƏYLƏR


Top news