Zaxarova: “Vaşinqton danışıqların pozulmasında təqsirlidir"

Zaxarova: “Vaşinqton danışıqların pozulmasında təqsirlidir"
06:19 5 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.

 

APA-nın xəbərinə görə, bunu “RT” telekanalına müsahibəsində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.   

 

Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir.  

 

Zaxarova qeyd edib ki, Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır: “Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir”.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR