Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib

Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib
07:07 5 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Metyu" fırtınasının ölkə ərazisindən keçməsi nəticəsində Dominikan Respublikasında təxliyə edilən vətəndaşların sayı 21 min 951 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti yazıb.
Onun məlumatına görə, təxliyə olunanların əksəriyyəti qohum və dostlarının evlərindədirlər. 794 nəfər dövlət yataqxanalarına yerləşdirilib.
Təbii fəlakət nəticəsində ölkədə 4 nəfər ölüb, 447 yaşayış tikilisinə ziyan dəyib. Ölkənin 22 əyalətində qırmızı, 11-də yaşıl təhlükə səviyyəsi elan olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/dominikan-respublikasinda-firtinaya-gore-22-min-nefer-texliye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR