İki il maaş ala bilməyən futbolçular tətil etdi

İki il maaş ala bilməyən futbolçular tətil etdi
07:12 5 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Zimbabvenin "Hwange" klubunda çıxış edən futbolçular oktyabrın 4-də tətil elan ediblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səbəb kimi onların 2 ildir məvacib almaması göstərilir. 2015-ci ildə komanda üzvlərinə ümumilikdə 500 dollar ödənilib. Halbuki "Hwange"də ən aşağı maaş 3600 dollardır. Bu il futbolçulara 200 dollar maaş, 250 dollar bonus verilib. Rəhbərlik bu məsələni gündəmə gətirəcəkləri təqdirdə futbolçuları klubun mülkiyyətində olan evlərindən çıxaracağı ilə hədələyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR