"Onun yaxşı sürəti, ağlı və qol duyumu var"

"Onun yaxşı sürəti, ağlı və qol duyumu var"
07:37 5 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin eks kapitanı Alan Şirer "Mançester Yunayted"in yeni ulduzu Markus Reşford haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şirer bunları deyib:

"Reşford təkcə Malta oyunun iştirak ərizəsində olmalı deyil, start heyətinə salınmalıdır. Onun nəyə qadir olduğunu görmək üçün ilk dəqiqələrdən oynamasına imkan verin. Markus "Mançester Yunayted"də artıq qapını döyür. Reşford AVRO-2016-da İslandiya millisinə qarşı görüşdə daha erkən meydana buraxılsaydı, 1/4 finala çıxa bilərdik. Hansı səbəbdən onu 86-cı dəqiqədə oyuna saldılar? Hücumun mərkəzində onun bacarığını görmək üçün ideal imkandır. Markusa sadəcə bir yox, bir neçə oyunda şans vermək lazımdır. Bu gənc futbolçunun yaxşı sürəti, ağlı və qol duyumu var. Onunla hücumda Runi oynamalı deyil. Runi "Yunayted"də bir neçə oyun start heyətinə düşə bilmədi. Demişdim ki, Avropa çempionatından sonra milli karyerasını başa vurmalıdır. Artıq iki cəbhədə oynamağın öhdəsindən gələ bilmir. İndi klubdakı vəziyyəti yaxşı deyil. Reşfordla hücuma Dele Allini buraxardım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR