ABŞ Rusiyanın bəyanatını bloklayıb

ABŞ Rusiyanın bəyanatını bloklayıb
08:12 5 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT TŞ-də  yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.
 
"ABŞ nümayəndə heyəti Rusiyanın standart bəyanatına kənar elementlər əlavə etmək istəyib. Britaniya və Ukrayna amerikalıları dəstəkləyib. Bu, onların Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına hörmətsizliyini təsdiqləyib ", - deyə XİN-dən bildirilib .
 
"Etiraf etməliyik ki, TŞ-dəki bəzi həmkarlarımızın mənəvi özülləri artıq ciddi sarsılıb", - deyə məlumatda bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR