Səudiyyə Ərəbistanı zəvvarlara yeni qaydalar tətbiq etməyi planlaşdırır

Səudiyyə Ərəbistanı zəvvarlara yeni qaydalar tətbiq etməyi planlaşdırır
08:37 5 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnlərə yeni qaydalar tətbiq etmək təklif olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qaydaların qüvvəyə minəcəyi təqdirdə, Ümrəyə birinci ziyarət istisna olmaqla gələn hər bir müsəlman 540 dollar ödəməlidir.

Bu təklifə ilk etiraz Türkiyədən gəlib. Həcc və Ümrə Səyahət Agentliyinin üzvü olan turizm şirkətlərinin nümayəndələri bir araya gələrək təklifin geri götürülməsini istəyiblər. Qurumun rəhbəri Məhmət Uzunər bu addımın yanlış olduğunu bildirib: "Bu qərar İslam aləmində ciddi etirazlarla qarşılanacaq, çünki hər bir müsəlmanın ürəyində Kəbəni görmək arzusu var".
 
Uzunərin sözlərinə görə, hazırda Məkkəyə uçmaq istəyənlərin sayı artıq azalıb. O, məsələyə Türkiyə Diyanət İşləri Başqanlığının da münasibət açıqlamasını vacib hesab etdiyini deyib.
 
Bu arada Misir və İordaniyada da vətəndaşların Ümrə ziyarətinə getməkdən vaz keçəcəkləri bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR