"Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur"

"Vaşinqtonun Suriya ilə bağlı aydın mövqeyi yoxdur"
08:42 5 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.

APA-nın xəbərinə görə, bunu "RT" telekanalına müsahibəsində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.   
 
Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir.  
 
Zaxarova qeyd edib ki, Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır: "Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR