"Klopp futbolçularına ata kimidir"

"Klopp futbolçularına ata kimidir"
08:57 5 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Robert Levandovski "Borussiya Dortmund"da birgə çalışdığı Yurqen Klopp barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, poyak hücumçu bunları deyib:

"Kloppun rəhbərliyi altında "Liverpul" bu mövsüm çempionluq uğrunda mübarizə aparacaq. Qvardiolanın "Mançester Siti"si ilə rəqabət aparmaq asan olmasa da, "qırmızılar" titul qazanmağa çalışacaq. Onlar Avrokuboklarda iştirak etmir, bütün oyunlara tam hazır çıxacaqlar. Yurqen gülərüz olsa da, kifayət qədər ciddi məşqçidir. Onun futbolçuları oyundan həzz alır. Klopp yetirmələrini həmişə dəstəkləyir. O, oyunçulara ata kimidir. Yurqenə güvənəndə onun ideya və metodlarına açıq olursan. Uzunmüddətli perspektivdə bu, sənə və komandanın oyununa böyük fayda verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR