Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Messi daha diqqətli olmalıdır"

"Messi daha diqqətli olmalıdır"

Date: 5 October 2016 09:17

Argentina millisinin rəsmiləri Lionel Messidən şikayətçidirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandanın mətbuat xidmətinin rəhbəri Xorxe Miadoski yerli mətbuata açıqlamasında ulduz futbolçunun özünü qorumadığını bildirib.

"Messi özünü zədələrdən qorumur, çünki o, əsl peşəkardır və bütün oyunlarda meydana çıxmaq istəyir. Ancaq Leo sağlamlığını qorumalıdır. Zədələndikdən sonra yanına həkim göndərdik, onu müayinə etdi. Daha diqqətli olmalı idi. Peru və Paraqvayla oyunlarda Messinin xidmətindən yararlana bilməyəcəyik. Ümid edirəm, bu oyunlarda yaxşı nəticələr əldə edəcəyik. Messi isə noyabrda, Braziliya və Kolumbiya ilə oyunlarda millinin heyətində yer alacaq".
 
Qeyd edək ki, Messi İspaniya La Liqasının "Atletiko"yla oyununda zədələnmişdi. Futbolçu artıq məşqlərə başlasa da, hələ tam hazır olmadığından, DÇ-2018-in seçmə mərhələsinin Peru və Paraqvayla oyunlarında Argentina millisinə kömək edə bilməyəcək.

Milli.Az


Tags:  Messi diqqətli olmalıdır

RƏYLƏR


Top news