Erməni politoloq: ""İsgəndər" İrəvanın öz başında partlaya bilər"

Erməni politoloq: ""İsgəndər" İrəvanın öz başında partlaya bilər"
09:42 5 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan politoloqu, qondarma "DQR"in keçmş "xarici işlər naziri" Arman Melikyan erməni saytına maraqlı açıqlama verib. Milli.Az musavat.com-a istinadən bildirir ki, o, "İsgəndər"lərin əslində Ermənistan ərazisində çoxdan olduğunu söyləyib. Onun fikrincə, bu fakt Azərbaycanı apreldə erməni mövqelərinə hücum etməkdən çəkindirməyib:

""İsgəndər"lər paradda nümayişindən sonra Rusiya və Azərbaycan arasında "hava-hava" və ""hava-yer" taktik raketlərinin yeni nəslinin istehsalı ilə bağlı danışıqlar başlayıb. Yaddan çıxarmayaq ki, Rusiya dünyanın ən böyük silah istehsalçısı və ixracatçılarından biridir. Real müharibə şəraitində Rusiya istehsalı olan silahların müvəffəqiyyətli tətbiqi həmin silahlar üçün əlavə reklam ola bilər. Suriyada istifadə olunan hava əleyhinə müdafiə sistemləri, habelə bomba və raketlər Moskva üçün canlı reklam sərgisinə çevrilib. 

Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması təhlükəsi və bu təhlükənin aprel ayında gerçəkləşməsi bölgə dövlətlərini silahlanma məsələsində yenidən yarışa girməsinə səbəb oldu. Ermənistanın müstəqilliyinin 25 illiyində nümayiş etdirilən "İsgəndər"lər isə bu yarışı daha da qızışdıra bilər.

Bəlkə də səhv edirəm, lakin bildiyimə görə, bu sistemlər Ermənistanda uzun müddətdir ki, mövcuddur. Çətin ki, Azərbaycanın da aprel ayına qədər bundan xəbəri olmamış olsun. Daha doğrusu, Azərbaycan bunu bildiyi halda belə hərbi əməliyyatlara başlamaqdan çəkinmədi. Yəqin ki, erməni tərəfinin bu raketlərdən istifadə edə bilməyəcəyinə əmin olublar. Belə çıxır, müharibə şəraitində istifadə edilə bilməyən silahlar ancaq Rusiya-Azərbaycan əməkdaşlığına xidmət edir".

"ABŞ dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin həlli üçün şərtlər görmədiyini söyləyib. Prezidentlərin yeni görüşü barədə isə hər hansı informasiya yoxdur. Belə olan halda danışıqlar preosesinin dalana dirəndiyini  söyləmək olarmı?" sualına Məlikyan belə cavab verib: "Madrid prinsipləri sülh prosesi üçün heç bir əsas vermir. Bizim hakim elitamız isə əgər uzaqgörənlik və müdriklik nümayiş etdirsəydi, həm aprel döyüşlərinin qarşısı alınardı, həm də snayper qurbanlarının sayı azalardı. İndi belə bir təəssürat yaranır ki, rəsmi İrəvan yalnız Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların yerinə yetirilməsindən sonra yeni görüşə razılıq verəcək. Bu cür yanaşma, əlbəttə, vaxt udmaq üçün yaxşıdır, lakin bu rəsmi İrəvanın yeni siyasi xətt işləyib hazırladığına və gerçəkləşdirmək istədiyinə dəlalət etmir".

Erməni politoloq müharibənin real olduğunu vurğulayıb: "Azərbaycan tərəfi 20 ildir ki, arzu etdiyi hədəfə danışıqlar yolu ilə olmasa da, hərbi vasitə ilə nail olmaq üçün çalışmaqdadır. Rəsmi Bakı Qarabağa ediləcək hücumun beynəlxalq birlik tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinin qanuniliyinin qəbul etdirilməsi üçün hüquqi və siyasi zəmini artıq yaradıb. Bu bizim həyati maraqlarımız üçün böyük təhdid yaradır və böyük təəssüflə bu məsələdə öz payımızın az olmadığını qeyd etmək istərdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR