"Mətanət İsgəndərli MTN-in agenti olub"

"Mətanət İsgəndərli MTN-in agenti olub"
09:52 5 Oktyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Maddi sübutlarla, tam məsuliyyətlə təsdiq edirəm ki, Mahir Abdullayevi məkan-yer etibarı ilə müğənni Mətanət İsgəndərlinin evindən oğurlayıblar. Bu, konkret cinayət faktıdır, iddia deyil. Mahir Abdullayevin son getdiyi ünvan: Bakı şəhəri, Nizami küçəsi, ev 4, mənzil 8 - müğənni Mətanət İsgəndərlinin evi olub".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev "Hüriyyət" qəzetinə göndərdiyi məktubunda qeyd edib. E.Abdullayevin iddialarına görə, qardaşının oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub. 

Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu - sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir: "Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub".

Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı cinayət əməlinə görə müğənninin müttəhim kürsüsündə əyləşməsini tələb edib:

"Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artist-müğənni dilində deyil, bir kriminal, professional "oğru dili"ndə danışdığını görürük... Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadırlar,  heç bir vaxt Akif Çovdarovun "MTN işi" cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm".

Barəsində səslənən cinayət əməli ittihamları ilə bağlı müğənni Mətanət İsgəndərli ilə telefon əlaqəsi saxladıq. Müğənninin əvəzinə zəngimizə cavab verən, ittihamlarda adı hallanan bacısı Təranə İsgəndərli heç bir sualımıza cavab vermək istəmədi: "Bütün suallarınızı, zəhmət olmasa, mətbuat katibi Zəminə xanıma verin. Mətbuat katibini niyə özünə götürüb, yəqin ki, jurnalistləri cavablandırmaq üçün".

Müğənninin mətbuat katibi Zəminə Rüstəmova isə Mətanət İsgəndərlinin ona şəxsi həyatı ilə bağlı danışmağı qəti qadağan etdiyini bildirdi: "Son vaxtlar barəsinə bu cür informasiyalar dərc olunduğundan o, ümumiyyətlə şəxsi həyatından danışmaq istəmir. Özü qadağan qoyduğu üçün mənim də ixtiyarım yoxdur bu barədə danışmağa. Yəni, qadağaya görə zəng vurub bu barədə heç nə soruşmuram".

"Niyə digər müğənninin deyil, məhz Mətanət İsgəndərlinin bu işlərdə adı hallanır?" sualımıza mətbuat katibi bu cür cavab verdi: "Çünki ortalığa balaca bir mövzu atıldı. Mətanət xanım da gördü ki, danışanda hər dəfə bir şey çıxacaq və məsələ getdikcə yanlış tərəfə böyüyəcək, ona görə də danışmır".

Mətbuat katibi onu da vurğuladı ki, müğənni haqqında yalan ittihamlar səsləndirən şəxslər barəsində məhkəməyə müraciət etməyi düşünür.

Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib. Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39