Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstan baş naziri: "Deputatın avtomobilinin partladılması seçkilər öncəsi təxribatdır"

Gürcüstan baş naziri: "Deputatın avtomobilinin partladılması seçkilər öncəsi təxribatdır"

Date: 5 October 2016 09:52

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Vahid Milli Hərəkat müxalifət partiyasının deputatı Givi Tarqamadzenin olduğu avtomobilin Tbilisinin mərkəzində partladılması Gürcüstanın düşmənləri tərəfindən edilən təxribatdır. Onlar oktyabrın 8-də keçiriləcək parlament seçkiləri öncəsi ölkədə çaxnaşma yaratmaq üçün bu addımı atıb".
"Report" xəbər verir ki, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili deyib.
"Artıq istintaq başlanılıb və günahkarların saxlanılması üçün bütün zəruri tədbirləri həyata keçirilir. Bu ağır cinayət yalnız ölkəmizdə azad və dinc seçki mühitiylə razılaşmayan qüvvələrin marağında ola bilər", - deyə G.Kvirikaşvili bildirib.
Qeyd edək ki, müxalifətçi deputatın olduğu avtomobilin partladılması nəticəsində dörd nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi hadisəni araşdırır.
G.Tarqamadzenin özü ciddi xəsarət almayıb. Deputatın sözlərinə görə, partlayış o ofisdən evə qayıdarkən baş verib və sükan arxasında sürücüsü olub.
Onu da əlavə edək ki, Gürcüstanda oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iki əsas rəqib olacaq - indiki hakim "Gürcü arzusu" partiyası və G.Tarqamadzenin də sıralarına daxil olduğu "Vahid Milli Hərəkat müxalifət partiyası.

Tags:  Gürcüstan baş naziri Deputatın avtomobilinin partladılması seçkilər öncəsi təxribatdır

RƏYLƏR


Top news