Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda mağaza sahibi iş başında öldürüldü

Bakıda mağaza sahibi iş başında öldürüldü

Tarix: 5 Oktyabr 2016 09:53

Bakıda qətl törədilib.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib.

Nəticədə Z.Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R.Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. (apa)


Teqlər:  Bakıda mağaza sahibi başında öldürüldü



RƏYLƏR


Top xəbərlər