"Xal itkisini ağlımızdan keçirmirik"

"Xal itkisini ağlımızdan keçirmirik"
10:05 5 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsində Türkiyə və Kosova ilə keçiriləcək oyunlar haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı məşqçi hər iki oyundan qələbə ilə ayrılmağı hədəflədiklərini deyib:

"Türk azarkeşlərin yaradacağı atmosferə tab gətirməliyik. Orada çox yaxşı azarkeşlər var. Ancaq biz iki oyundan  6 xal istəyirik. Xal itkisini ağlımızdan belə keçirmirik. Kosovanı da ciddiyə alırıq. Hər komanda sürpriz edə bilər. Bu qrupda hər bir komanda dünya çempionatına vəsiqə qazana bilər".

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 6-da Türkiyə, 9-da isə Kosova ilə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR