Hökumət "qiymət qiyamçıları"nı cəzalandıra bilər

Hökumət "qiymət qiyamçıları"nı cəzalandıra bilər
10:22 5 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Hökumətin bəzi məhsulların gömrük rüsumlarının artırılması ilə bağlı qərarı hələ qüvvəyə minməsə də, marketlərdə artıq bahalaşma başlayıb. Bu səbəbdən oktyabrın 3-dən əhali marketlərə axın edərək, ərzaq tədarükü görüb.

Milli.Az bildirir ki, müsavat.com marketlərə baş çəkərək qiymətlərlə bağlı son durumu öyrənib. Qeyd edək ki, iki  gün öncə ilə müqayisədə həqiqətən də qiymət artımı var. 48 qəpiyə satına unun bir kiloqramı 55 qəpiyə, 1.25 manata satılan şəkər tozu 1.30 manata, 1.68-ə satılan qəndin kiloqramı 1.80 manata qalxıb. Həmçinin çayların və makaron məhsullarının qiymətində 10 qəpik civarında bahalaşma var. Qəraradək 16 qəpiyə satılan yumurta indi 18 qəpiyə satılır. Müxtəlif şirkətlərə məxsus toyuq ətinin kiloqramı isə 3.70-4 manat arasında dəyişir. Kərə yağlarının qiymətində isə 60-70 qəpik bahalaşma müşahidə olunur. 9.80 manata satılan "Vest gold" və "Ancor" yağları indi kiloqramı 10.50 manatdan təklif olunur. Duru yağlar da 20-30 qəpik bahalaşıb. 1 litr "Final" qarğıdalı yağı 3.95 manat olub. Meyvə şirələrinin, qazlı və spirtli içkilərin də qiyməti bahalaşıb. Çörəyin qiymətində hər  hansı bahalaşma yoxdur.

Məlum olduğu kimi, hökumət bu qərarı yaxşı niyyətlə, yerli istehsalın stimullaşdırılması məqsədi ilə qəbul etsə də, bazarda əks nəticə qeydə alındı. Bəzi işbazlar, yerli istehsalçı iri şirkətlər sanki hökumətin qərarını sabotaj etdi, əhali arasında ajiotaj yarandı. Bəs, görəsən bu dəfə də bazarlara inzibati nəzarət mexanizmi tətbiq olunacaqmı? Müvafiq qurumlar süni bahalaşma yaradanları cəzalandıracaqmı?

"Yeni Müsavat"a açıqlamasında məsələyə münasibət bildirən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qeyd etdi ki, hökumətin gömrük rüsumunun artırılması ilə bağlı son qərarı yerli istehsalın güclənməsinə, sahibkarlığın inkişafına, rəqabət qabiliyyətli ixrac yönlü məhsul istehsalının güclənməsinə, xüsusilə də yerli istehsalın dəstəklənməsinə yönəlik bir addımdır: "Gömrük rüsumunun dəyişdirilməsi ilə bağlı qərar o mallara aid edilib ki, onların Azərbaycanda istehsalı genişdir və özünü təminat səviyyəsi yüksəkdir. Gömrük rüsumları dəyişdirilən idxal məhsullarında qiymət dəyişikliyi ola bilər. Yerli məhsullarda isə qiymət dəyişikliyi olmamalıdır. Əhali yerli məhsullardan istifadə etməklə öz tələbatlarını ödəyə bilərlər.

Hazırda bəzi KİV-lərdə qiymət dəyişikliyi ilə bağlı gedən məlumatlara gəlincə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və  İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq monitorinqlər keçirir və istehlak bazarında tədbirlərini davam etdirir.  Son günlərdə bu dövlət xidmətinin apardığı monitorinqlərdə qiymət dəyişikliyi qeydə alınmayıb. Bundan sonra  bu tədbirlərimiz davam edəcək ki, süni qiymət artımı hallarına yol verilməsin".

Cəmiyyətdə yaranan ajiotaja münasibət bildirən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev  də qərarı müsbət dəyərləndirdi və ilkin mərhələdə bu ajiotajın gözlənilən olduğunu vurğuladı: "Bu çox müsbət bir qərardır və biz yaxın vaxtlarda onun müsbət nəticələrini də görəcəyik. Yerli istehsal artacaq, məşğulluq yaxşılaşacaq, ölkədən valyuta çıxması azalacaq. Bu qərarın müsbət tərəfləri çoxdur. Ancaq ilk mərhələdə müəyyən ajiotajın olması da mümkündür. İnsanlar eşidib ki, xaricdən gətirilən ərzaq məhsulları bahalaşacaq, çalışırlar ki, bir aylıq ehtiyatlarını yığsınlar. 

Bu mənada ajiotaj yaranır. Bu təbii hadisədir və dövlətin, cəmiyyətin həyatına ciddi təsir edəcək bir məsələ deyil. Mən hələ ki, bir sosial gərginlik hiss etməmişəm. Yerli sahibkarların qiymətləri qaldırmasını da doğru hesab etmirəm. Yalnız böyük şirkətlər bu addımı ata bilər. O da vicdan məsələsidir. Dövlət qarşısında onların müəyyən öhdəliyi var. Yaxşı olar ki, dövlətin müvafiq qurumu belə hallarda tədbirlərini gücləndirsin, reydlər keçirsin, bahalaşmanın səbəblərini soruşsun və bu hallar haqqında müəyyən ölçü götürülsün.

Xatırlayırsınızsa, ötən ilin sonunda manatın ucuzlaşması ilə əlaqədar belə sabotaj  hallarının aradan qaldırılması ilə əlaqədar tədbirlər gücləndirildi, ölkə başçısı qəti şəkildə tapşırıq verdi. Burada ölkə başçısı da işə qoşuldu, müvafiq qurumlar da fəaliyyətlərini gücləndirdilər, ictimaiyyət də fəal oldu. İndi də belə şəraiti fürsət bilən, varlanmaq fikrinə düşən insanlar öncə öz vicdanı qarşısında cavab verməlidir, cəmiyyətin və hökumətin qarşısında məsuliyyətinin hiss etməlidir".

İqtisadçı-ekspert Vüqar Bayramov isə "Yeni Müsavat"a açıqlamasında yerli məhsulların bahalaşmasını əsassız addım kimi qiymətləndirdi: "Bu qərarın qəbul edilməsi gözlənilən idi. Biz öncədən də demişdik ki, ölkə daxilində istehsal olunan məhsullara yüksək səviyyədə antidenpiq tətbiq olunmalıdır. Digər məhsullara isə antidenpiqin tətbiq edilməsi heç bir halda qəbul edilən deyil. Gömrük rüsumu artırılan məhsullara diqqət yetirsək, onlar əsasən Azərbaycanda kifayət qədər yüksək həcmdə istehsal olunan məhsullardır. Təbii ki, qərar idxal olunan müvafiq məhsulların qiymətini artıra bilər. Çünki idxal olunan məhsulların xərcində də artım olacaq. 

Hökumətin son qərarı bazarda yerli məhsulların qiymətini artırmamalıdır, çünki yerli məhsulların xərcində dəyişiklik yoxdur. Ancaq təəssüf ki, marketlərdə  əksinə proses baş verir. İdxal olunan məhsulların qiymətində elə də ciddi dəyişiklik olmasa da, yerli istehsal olan ərzaq məhsullarının qiymətində dəyişiklik var. Sahibkarlar çalışırlar ki, yerli istehsal olan məhsulların qiymətini artırsınlar. Bu qiymət artımlarının iqtisadi əsası yoxdur".

Ekspert qeyd etdi ki, onun əsas təkliflərdən biri bu durumda  dövlətin bazara nəzarət etməsidir: "Bu zaman sual yaranır ki, dövlət bazara müdaxilə edə bilərmi? Əslində doğru olan qiymətin bazar tərəfindən tənzimlənməsidir. Biz də bunun tərəfdarıyıq. Azərbaycan qanunvericiliyində isə "süni qiymət artımı" anlayışı var. Süni qiymət artımı anlayışı imkan verir ki, İqtisadiyyat Nazirliyi yanındakı müvafiq xidmət bazarda monitorinq aparmaqla qiymətlərlə məhsulun xərci arasındakı dəyişikliyi yoxlaya bilsin. Bu fundamental bazar qanunlarına ziddir. Bu qanunlara əsasən, qiymət bazarda müəyyənləşməlidir. Amma təəssüf ki, Azərbaycan biznesi birbaşa fundamental qaydalarla qiyməti müəyyənləşdirməkdə maraqlı görünmür. Əksər hallarda biznesmenlər daha çox gəlir əldə etməyə çalışırlar, hətta xərcləri artmadığı halda qiymət artımına gedirlər.

Bu kimi halların qarşısını almaq üçün inzibati qaydada monitorinqlərin aparılmasına ehtiyac var. Müvafiq qurumlar qiymətlərə nəzarət etməlidir. Əgər bazarda idxal olunan məhsulların xərci artıbsa, bu normaldır. Ancaq yerli məhsulların qiyməti artıbsa, inzibati rıçıqlarla tənzimlənməlidir. Bu qısamüddətli dövr üçün keçərlidir. Daha uzunmüddətli dövr üçün yaxşı olar ki, yerli şirkətlərdə korporativ sosial məsuliyyət inkişaf etdirilsin".

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Naxçıvan əhalisinin gəlirləri artıb

17 Avqust 2017 06:07

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

17 Avqust 2017 06:03

Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

17 Avqust 2017 05:33

Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib

17 Avqust 2017 05:07

Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq

17 Avqust 2017 05:03

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 04:33

Samuxda zəlzələ

17 Avqust 2017 04:24

Samuxda zəlzələ olub

17 Avqust 2017 04:17

Türmədə qanlı iğtişaş - 37 ölü

17 Avqust 2017 04:14

İspaniyada 600-ə yaxın migrant xilas edildi

17 Avqust 2017 04:03

Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

17 Avqust 2017 03:57

"Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub

17 Avqust 2017 03:07

İspaniya Superkubokunun qalibi bəlli oldu

17 Avqust 2017 02:59

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma olub: 35 ölü

17 Avqust 2017 02:52

Rusiyada 120 milyon il əvvələ aid MARAQLI TAPINTI

17 Avqust 2017 02:43

Səudiyyə şahzadəsi vəfat etdi

17 Avqust 2017 02:39

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib -

17 Avqust 2017 02:10

"Zenit" Hollandiyadan məyus qayıtdı - AVROLİQA

17 Avqust 2017 02:07

Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

17 Avqust 2017 02:03

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu - ÇEMPİONLAR LİQASI

17 Avqust 2017 01:57

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

17 Avqust 2017 01:57

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

16 Avqust 2017 23:48

Neftimiz ucuzlaşıb

16 Avqust 2017 23:39

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16 Avqust 2017 23:34

İnsan beyni haqda çox maraqlı faktlar - İNANILMAZ

16 Avqust 2017 23:28

VİDEO: Bakıda gənc qız küçədə erotik rəqs etdi

16 Avqust 2017 23:21

Lənkəranda maşın 48 yaşlı kişini vurdu

16 Avqust 2017 23:19

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

16 Avqust 2017 23:18

Çavuşoğlu xəbərdarlıq etdi -

16 Avqust 2017 23:16