Putin Klintonu prezident edəcək planı pozdu – “Böyük müharibə”yə 15 gün qalır - DETALLAR

Putin Klintonu prezident edəcək planı pozdu – “Böyük müharibə”yə 15 gün qalır - DETALLAR
10:23 5 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə bu ayın sonuna qədər Mosul əməliyyatına başlayacaq.

Publika.az
xəbər verir ki, ABŞ və Rusiyanın Suriyada sülh müzakirələrinin dayanması Rakka əməliyyatını təxirə salıb.

Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib ki, Mosul əməliyyatında mütləq iştirak edəcəklər: “Suriyada isə Əl-Baba qədər gedəcəyik”.

Müdafiə nazirliyi detalları açıqlamaq istəməyib.

Hərbi mənbələr isə Türkiyənin Mosul əməliyyatının oktyabrın 20-dən sonra başlayacağını bildirirlər.

Türkiyə İraqdakı Başika düşərgəsində iki min peşmərgəyə və Mosulun keçmiş valisi Nuceyfiyə bağlı olan sünni qrupu Haşdi Vataninin 3 min döyüşçüsünə təlim keçib.

Ankara Mosul əməliyyatında təlim keçdiyi bu 5 min əsgərin də yer almasını istəyir.

Lakin Ankara Haşdi Vataninin rəqibi olan şiə qrupu Haşdi Şabinin Mosul əməliyyatında iştirakını istəmir. ABŞ isə Türkiyəni təlim keçdiyi Haşdi Vataninin Mahmurda bölgəsində təlim görən yerli güclərlə birlikdə hərəkət etməsini istəyir. Haşdi Vataninin Türkiyə ilə birlikdə təkbaşına hərəkət etməsini istəmir.

İki yol var, ikisi də mümkünsüzdür

Türkiyənin Suriyadakı kimi hərbi texnika ilə birlikdə əməliyyata qatılması üçün iki yolu var.

1. BMT-nin qaydalarına uyğun olaraq, Bağdan hökumətinin müraciət etməsi lazımdır.

Bağdad hökuməti isə buna qarşı çıxır. İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Ahmet Cemal “İraqın daxili işlərindən, xüsusilə Mosuldan əl çəkin” deyə Ankaraya sərt reaksiya verib.

Rəsmi Bağdad hətta Türkiyənin Başika düşərgəsini boşaltmasını tələb edir.

2. Mosul əməliyyatı üçün koalisiya formalaşmalıdır. Lakin hazırki vəziyyət bu, koalisiyanın formalaşmadığını göstərir. Bundan sonra olacağı da şübhə altındadır.

Ankara gözlənilməz gediş edir

Ankaradakı mənbələr Türkiyənin üçüncü bir varianta əl atacağını açıqlayıb.

Şimali İraq Kürd Muxtariyyətinin lideri Bərzaninin dəvəti ilə Mosula girəcəyik. Bərzaninin keçmişdə Bağdadla yaşadığı problemlər Mosul əməliyyatından sonra daha da artacaq. Onun Türkiyədən başqa alternativi olmadığı üçün bütün şərtlərdə dəvəti göndərəcək”, - deyə mənbə bildirib.

Burada da bir problem var. Belə ki, Suriyadakı YPG-nin (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) İraqdakı birliyi olan Şengal Dirəniş Birliklərinin (YBŞ) Mosul əməliyyatında iştirakını Ankara istəmir. Çünki onlar faktiki olaraq PKK-nın bir qrupudur.

ABŞ və İraq hökuməti isə əməliyyatda YBŞ-nin iştirakında israr edir.

Lakin bütün maneələrə rəğmən Türkiyənin Mosul əməliyyatını gerçəkləşdirəcəyi gözlənilir.

Klintonun prezident seçilməsi üçün qurulan plan

Ən maraqlı detallardan biri isə Rakka əməliyyatının təxirə salınmasının səbəbidir.

Ankaradakı mənbə deyir ki, Rakka əməliyyatı ABŞ-da Demokratlar Partiyasının namizədi Hillari Klintonun prezident seçkilərini qazanmasını təmin etmək üçün qurulan plan idi. Rusiya bunu bildiyi üçün planı pozdu.

Yaxın Şərqdə kartlar yenidən qarışdı. Bu isə bölgədə hərbi toqquşmaları artıracaq.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR