Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Maşallah Əhmədovun cinayət işi icraata verilib

Maşallah Əhmədovun cinayət işi icraata verilib

Deputatın qardaşı oğlu məhkəmədən azadlığa çıxdı (17 Mart 2017 12:44)
Maşallah Əhmədovun apelyasiya şikayətinə baxıldı (16 Mart 2017 16:12)
Maşallah Əhmədova görə müraciət edildi – Bloxin, Qazzayev, Çivadze... (16 Fevral 2017 12:34)

Tarix: 5 Oktyabr 2016 10:27

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi icraata verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlayacaq. 
 
M. Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qəti imkan tədbiri seçilsə də, məhkəmə sonradan onu ev dustaqlığı ilə əvəzləyib.

Milli.Az


Teqlər:  Maşallah Əhmədovun cinayət işi icraata verilib



RƏYLƏR


Top xəbərlər