Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmur ölkədən qaçıb

Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmur ölkədən qaçıb
10:32 5 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Şimali Koreyanın yüksək vəzifəli məmuru ailə üzvləri ilə birlikdə Çinə qaçıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, ölkənin lideri Kim Çen Ina və ailə üzvlərinə xidmət edən klinikanı dərmanla təchiz edirmiş.
Məlumata görə, həmin məmur Şimali Koreya Səhiyyə Nazirliyinin təmsilçisi olaraq, həm də ölkə paytaxtı Pxenyandakı klinikalardan birinə dərman pereparatlarının tədarükünə məsuliyyət daşıyırmış.
İnformasiyaya əsasən, o, Çindən sığınacaq almağa səy göstərir.
Yaponiya mətbuatı yazıb ki, Şimali Koreyanın iki məmuru Yaponiyanın Pekindək səfirliyinə sığınacaq alamq üçün müraciət edib. Amma səfirlik bu xəbəri təkzib edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/simali-koreya-liderine-xidmet-eden-klinikanin-vezifeli-memur-olkeden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR