Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29% artıb

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29% artıb
10:42 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, ümumilikdə, bu ilin ötən doqquz ayı ərzində Bakı hava limanı 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri AZAL aviaşirkətinə üstünlük verib. Bu isə ötən ilin sentyabr ayı ilə müqayisədə 13% çoxdur. Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb.
"Azərbaycan Hava Yolları"nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınmışdır ki, bu da ümumi sərnişin dövriyyəsinin 15%-ni təşkil edir.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3%-i onların payına düşür. Eyni zamanda bu ildə ən məşhur istiqamətlərin siyahısına Antalya, Tehran və Tbilisi daxil olub. Bununla belə, qeyd edilən müddət ərzində sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.
Bundan başqa bu il "Pegasus", "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo" və "Komaviatrans" aviaşirkətləri Azərbaycana uçuşlara başlayıb.
Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın "Mahan Air" aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.
Qeyd edək ki, hava limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/heyder-eliyev-beynelxalq-hava-limaninin-sernisin-dovriyyesi-sentyabrda-29-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR