Bu il 275 çoxmərtəbəli binaya qaz verilib

Bu il 275 çoxmərtəbəli binaya qaz verilib
10:42 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, həmin binalarda ümumilikdə 8 434 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlı olduğunu açıqlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bu-il-275-coxmertebeli-binaya-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR