Venesuelalı nazir: "Neft hasilatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq"

Venesuelalı nazir: "Neft hasilatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq"
10:47 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

OPEC üzvlərinin Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi formal razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi şəkildə təsir edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Venesuelanın neft naziri Eulohio del Pino deyib.

O, yekun qərarın OPEC-in noyabrın 30-da Vyanada keçirəcəyi görüşdə veriləcəyini xatırladıb. "Əgər bu qərar rəsmiləşərsə, neftin qiyməti stabilləşə bilər. Düşünürəm ki, qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq", - deyə nazir qeyd edib.
 
Del Pino bildirib ki, OPEC sutkalıq hasilatı 0,7 mln. barrel azalda bilər. "OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, təklif əlavə olaraq 0,5 mln. barrel azal bilər. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır", - deyə o əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/476200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR