"Bank Standard"ın ipoteka portfeli "Muğanbank"a ötürülüb

"Bank Standard"ın ipoteka portfeli "Muğanbank"a ötürülüb
10:52 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin ipoteka portfelinin bir qismi "Muğanbank" ASC-yə ötürülüb.

Bu barədə "Report"a "Muğanbank"dan bildirilib.
Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.
Son nəticədə "Muğanbank"ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-standard-in-ipoteka-portfeli-muganbank-a-oturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR