Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsanlıq öldü - Bu da sübutu - FOTO

İnsanlıq öldü - Bu da sübutu - FOTO

Date: 5 October 2016 11:05

Fotoda gördüyünüz uşağın adı Salem Abdullah Müşabihdir. 6 yaşlı bu uşaq bir ildir ki, vətəndaş müharibəsi yaşanan Yəmənin Əl-Hudey şəhərində aclıqdan ölmək üzrəykən xəstəxanaya gətirilib.

Yəməndə, Suriyada və İraqda onunla eyni dramı yaşayan on minlərlə uşaq var.

Dünya Bankı və Uşaqlara Kömək Fondunun (UNICEF) dünən yaydığı hesabata görə, dünyada 385 milyon uşaq həddindən artıq yoxsulluq içində yaşayır. Afrikadakı uşaqların yüzdə əllisinin çoxu, Cənubi Asiyadakı uşaqların isə yüzdə 36-sı hədsiz dərəcədə yoxsulluq içində yaşamaq üçün "savaşırlar".

Təhməz Təkin

Milli.Az





Tags:  İnsanlıq öldü Bu sübutu FOTO

RƏYLƏR


Top news