Bakıda naməlum şəxs 35 yaşlı kişini bıçaqlayıb qaçdı

Bakıda naməlum şəxs 35 yaşlı kişini bıçaqlayıb qaçdı
11:17 5 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi olub.

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanlarından report-a verilən məlumata görə, Yasamal rayonunda 35 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub.
Belə ki, Yasamal rayonu Alatava ərazisində yaşayan 35 yaşlı Azər Tağıyev yaşadığı ev istiqamətində hərəkət edirmiş. Bu zaman A.Tağıyevin qarşısına tanımadığı şəxs çıxıb və ona 5 bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin əməkdaşları A.Tağıyevi bıçaqlayaraq qaçan şəxsin axtarışına başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR