Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü ərazidən qaçıb

Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü ərazidən qaçıb

Date: 5 October 2016 11:17

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Aeroport yolunda, yolun Mərdakan qəsəbəsi istiqamətində olan hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edib. Bu zaman “Mercedes”in sürücüsü idarəetməni itirərək qarşısında onunla eyni istiqamətə doğru hərəkət edən “VAZ 21015” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ” markalı avtomobildə olan 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarət alıb.
Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, “Mercedes”in sürücüsü ərazidən qaçıb. Buna baxmayaraq, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları sürücünün kimliyini müəyyənləşdirib. Onun axtarışına başlanılıb.



Tags:  Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü ərazidən qaçıb

RƏYLƏR


Top news