Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda M2 aqreqatı daha 2,3% azalıb

Azərbaycanda M2 aqreqatı daha 2,3% azalıb

Date: 5 October 2016 11:17

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2) həcmi 2016-cı il sentyabrın 1-nə 9 861,4 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, M2 aqreqatı avqustun 1-nə nisbətən 235,2 mln. manat və ya 2,33% azalıb. 
Keçən ilin analoji dövrü ilə müqayisədə isə geniş mənada manatla pul kütləsinin həcmi 315,7 mln. manat və ya 3,3% artıb. 
Ümumiyyətlə, M2 aqreqatının maksimal həddi 2014-cü ilin noyabr ayında (17 525,2 mln. manat), ilk devalvasiyadan etibarən minimal səviyyəsi isə bu ilin yanvarında (8 001,7 mln. manat) qeydə alınıb. Son göstərici maksimal səviyyədən 7 663,7 mln. manat və ya 43,73% az, devalvasiyadan sonrakı minimal səviyyədən isə 1 859,7 mln. manat və ya 23,24% çoxdur. 
"Report"un analitik qrupu manatla geniş mənada pul kütləsinin AMB-nin sterilizasiya əməliyyatları fonunda və dolların məzənnəsinin azalması nəticəsində azalacağını proqnozlaşdırır.

Tags:  Azərbaycanda M2 aqreqatı azalıb

RƏYLƏR


Top news