Yumor ustası Fərda Xudaverdiyevin “Selfinaz” adlı stand-up şousunun kinoteatrlardakı nümayişinə sayılı günlər qalıb.
Axşam.az-ın məlumatına görə, iddialı danışan aktyor izləyicilərin dayanmadan güləcəyini deyib:
“20 oktyabrdan etibarən stand-up kinoteatrlarda yayımlanacaq. Tamaşaçılar 70 dəqiqə dayanmadan güləcəklər. Əgər insanları bu qədər güldürən başqa bir layihə olubsa, söz verirəm daha bu işlə məşğul olmayacağam. Bu mənim neçə illik hazırlığımın nəticəsidir”.