Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda mis qazan ŞOKU: Bir ailənin 6 üzvü...

Tovuzda mis qazan ŞOKU: Bir ailənin 6 üzvü...

Date: 5 October 2016 11:23

Tovuzun Aşağı Quşçu kəndində 6 nəfər qidadan zəhərlənib. İlkin məlumata görə, kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Tovuz rayon Mərkəzi Xəstəxanasından Publika.az-a bildirilib ki, zəhərlənənlər bir ailənin üzvləridir: “Ailə üzvlərinin sözlərinə görə, onlar bir gün əvvəl təşkil olunmuş qonaqlıqdan qalmış yeməyi yeyiblər. Dediklərinə görə, yemək qalaylanmamış mis qazanda saxlanılıb. Ətdən hazırlanmış yeməyi yeyəndən sonra onlarda qusma, ishal və yüksək temperatur müşahidə edilib. Hazırda onların müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

Xəstəxanadan bildirilib ki, götürülən nümunələrin laborator nəticələri bəlli olandan sonda onlarda kimyəvi, yoxsa bakterioloji zəhərlənmə baş verdiyi müəyyən ediləcək.

Gülxar


Tags:  Tovuzda mis qazan ŞOKU ailənin üzvü


RƏYLƏR


Top news