"Termodinamikanın 2-ci qanununu bilmirsə, bu ona bərabərdir ki, o, Şekspiri tanımır"

"Termodinamikanın 2-ci qanununu bilmirsə, bu ona bərabərdir ki, o, Şekspiri tanımır"
11:27 5 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi kafedrası"nın professoru, Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü, texniki elmlər doktoru Fuad Vəliyevlə 5 oktyabr Müəllimlər Günündə söhbətləşdik.

Milli.Az müsahibəni təqdim edir:

- Sizcə, müəllim olmaq nə deməkdir?

- Mənim nəzərimdə, müəlim zamandan asılı anlayış deyil. Bu günün müəllimilə, məsələn, yüz il əvvəlki müəllim mahiyyətcə eyni məna kəsb edir. Müəllimin (söhbət əsl müəllimdən gedir) keyfiyyətləri bütün zamanlar üçün eyni olan dörd sütun üzərində formalaşır - yüksək professionalizm, ziyalılıq, öyrətmək həvəsi və bacarığı, tələbəyə sayğı və sevgi. Müəllimin öz sahəsində yüksək biliyə sahib olması, əlbəttə ki, zəruri şərtdir, lakin hələ kafi şərt deyil. Texniki fəndən dərs deyən müəllim və ya dəqiq elmlər üzrə mütəxəssis alim, eyni zamanda, incəsənətdən, tarixdən, fəlsəfədən, dindən, musiqidən xəbərdar olmalıdır. Kvant mexanikasının banisi, Nobel mükafatı laureatı Maks Plank böyük elmi məktəbin yaradıcısı olmaqla yanaşı, Berlin Universitetində musiqi nəzəriyyəsindən dərs deyirdi, elmlə dinin vəhdətinə həsr olunmuş məruzələrlə çıxış edirdi. Eyni zamanda humanitar elmləri tədris edən müəllimin dəqiq elmlərin əsas prinsipləri barədə müəyyən məlumatı olmalıdır. Çarlz Snou deyirdi ki, sənətindən asılı olmayaraq, hər-hansı ingilis termodinamikanın 2-ci qanununu bilmirsə, bu ona bərabərdir ki, o, Şekspiri tanımır. Əgər müəllim eyni zamanda görkəmli alimdirsə, onun dərsləri yeni, daha yüksək bir səviyyəyə qalxır. Mərhum akademik Azad Mirzəcanzadənin dərsləri buna parlaq misal ola bilərdi. O, sadəcə, mexanika dərsləri keçmirdi, elmin ən yeni nailiyyətləri barədə informasiyalar, həmçinin, tarixə, incəsənətə, klassik musiqiyə bağlı söhbətləri onun dərslərini olduqca dolğun və təsirli edirdi. Həqiqi alim-müəllimlər ən çətin mövzuları asan şəkildə təqdim etməyi bacarırlar. Emersondan müəllimin kim olduğunu soruşurlar, o, isə cavabında deyir: "Müəllim çətini asan edən şəxsdir". Hər dərs deyən müəllim olmur. Şəxsən mənə ders deyənlər çox olub, lakin onlardan yalnız üç şəxsi mən özümə müəllim sayıram. Təhsilin səviyyəsi, nəticə etibarilə, müəllimlərin səviyyəsindən asılıdır - o yerdə ki, yaxşı müəllimlər var, orada mütləq yaxşı tələbələr olacaq, yaxşı mütəxəssislər yetişəcək. Paris Politexnik məktəbində, 19-ci əsrin birinci yarısında kimlər dərs deyirdilər - Laplas, Lagranj, Furye, Amper, Dyulonq, Bertole... Bu məktəbi kimlər bitirmişdi - Karno, Koşi, Koriolis, Puasson, Gey-Lussak, Peti, Frenel, Bio, Klapeyron, Puazeyl... Əsl müəllim təkcə dərs deməklə kifayətlənmir, o, tələbələrində elmə, yaradıcılığa həvəs yaradır. XX əsrin dahi fiziklərindən biri Enriko Fermi deyirdi: "Tələbə çəllək deyil ki, onu daha çox biliklərlə doldurasan. Tələbə bir məşəldir, müəllimin vəzifəsi onu yalnız alışdırmaqdır!" Müəllim tələbəsinə simpatiya və eyni zamanda empatiya ilə yanaşmalı, xeyirxah olmalı, onun şəxsiyyət kimi yetişməsində yardımçı olmalıdır. Lev Tolstoy deyirdi: "Əgər müəllim öz işinə sevgilə yanaşırsa, o, yaxşı müəllimdir. Lakin o, bununla yanaşı tələbəsinə qarşı da sevgi ilə yanaşırsa, o, mükəmməl müəllimdir". Müəllim tələbəyə sevgi ilə yanaşırsa, mütləq tələbəsinin sevgisini və ehtiramını qazanacaq - müəllim üçün isə bundan artıq mükafat ola bilməz. Həzrət Əli demişdir: "Kimsə mənə bir hərf öyrədərsə, mən əbədi onun xidmətində olaram".

- Siz uzun illər müxtəlif tələbələrə dərs demisiniz. İndiki tələbələr əvvəlkilərdən fərqlidirlərmi? Nədir fərqlər?

- Müəllimlər mahiyyətcə dəyişmədiyi kimi tələbələr də dəyişməyiblər. Dəyişən, yalnız dövran, zəmanə, şərait, zahiri atributlardır. İndiki tələbələr daha çox informasiyaya sahibdirlər, lakin bu o demək deyil ki, onlar əvvəlkilərdən daha ağıllıdırlar. Test üsulu bütün müsbət cəhətləri ilə yanaşı, bir böyük qüsura malikdir ki, o da uşaqlarda məntiqi düşünmək qabiliyyətini zəiflətməkdən ibarətdir. Əvvəlki nəsl tələbələrin (əlbəttə, yaxşı tələbələrin) məntiqi düşünmə qabiliyyəti daha yüksək idi. Möhtəşəm elektron informasiya sisteminin mövcudluğu indiki tələbələrə böyük imkanlar verir, lakin eyni zamanda, paradoksal səslənsə də, onların sağlam məntiqə sahib, ziyalı, mədəni şəxsiyyətlər kimi formalaşmasına mane olur. İndiki gənclər, təəssüf ki, daha çox texnokrat praqmatiklərdir, az kitab oxuyurlar, klassik ədəbiyyatla, klassik musiqilə az maraqlanırlar. Bu əslində bütün dünya üçün xarakterikdir - dünyanın ən aparıcı universitetləri belə yalnız mütəxəssis buraxır, ziyalı yox. Halbuki, hələ keçən əsrin əvvəllərində universitet bitirmiş azərbaycanlılar yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynamış parlaq ziyalılar idi. Təəssüf ki, indiki zamanda ali təhsillilərimiz çox olsa da həqiqi ziyalılarımız azlıq təşkil edir.

- Hazırda tədris etdiyiniz Bakı Ali Neft Məktəbinin tələbələri haqqında nə deyə bilərsiniz?

- Bakı Ali Neft Məktəbi mənim nəzərimdə dünya təhsil standartlarına yüksək səviyyədə cavab verən, çox böyük perspektivə malik nümunəvi bir təhsil ocağıdır. Əminəm, çox yaxın gələcəkdə BANM dünyanın aparıcı universitetləri sırasına çıxacaq. Mən dünyanın bir sıra aparıcı universitetlərində çalışmışam və mən sizi əmin edirəm ki, dünyanın heç bir universitetində tələbəyə bu qədər diqqət, sayğı, yardım yoxdur. Önəmli cəhət odur ki, qarşıya qoyulan məqsəd kosmopolit texnokrat yox, yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, millətinə, vətəninə bağlı, milli ruhlu və eyni zamanda, beynəlmiləlçi, müasir düşüncəli ziyalı kadrlar yetişdirməkdir. Azərbaycan tarixi, nitq mədəniyyəti üzrə tədris olunan fənlər, milli teatr, ədəbiyyat, musiqi, incəsənət üzrə tədbirlər bu məqsədə xidmət edir. Tələbələrimiz, şübhəsiz ki, bu imkanları lazımınca dəyərləndirir, onlardan bəhrələnirlər və gələcəkdə dünyanın hər hansı bir ölkəsində həm mütəxəssis kimi, həm də Azərbaycanı hərtəfli layiqincə təmsil edə biləcək ziyalı kimi böyük uğurlar əldə edəcəklər. Onu xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft məktəbinin orta statistik tələbəsi öz bilik səviyyəsinə, dünya görüşünə, intellektual imkanlarına görə dünyanın ən aparıcı universitetlərində oxuyan tələbələrlə rəqabət apara biləcək dərəcədə yüksək potensiala malikdirlər və inanıram ki, gələcəkdə onların bir çoxu dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlar.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27 İyun 2017 18:07

Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı

27 İyun 2017 18:05

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

27 İyun 2017 18:03

Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert - FOTO

27 İyun 2017 17:57

Azarkeşlər İtaliyanın köklü klubunu satdırır - NECƏ?

27 İyun 2017 17:57

Birinci vitse-prezident məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27 İyun 2017 17:57

Dənizdə batan şəxslər xilas edildi

27 İyun 2017 17:56

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:54

10 min il əvvələ aid mağarada yaşayan insanlar - İRANIN QƏRİBƏ KƏNDİ - FOTOLAR

27 İyun 2017 17:53

“Oyuq” teatr-studiyası beynəlxalq festivalda təmsil olunacaq

27 İyun 2017 17:52

Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

27 İyun 2017 17:50

Avropada yeni terror hədələri

27 İyun 2017 17:47

Keçmiş ərindən Tubaya ZƏRBƏ

27 İyun 2017 17:42

Tanınmış müğənni ayını övladlığa götürdü

27 İyun 2017 17:40

Canlı əfsanəyə Yaponiyadan təklif gəldi - GEDİR?

27 İyun 2017 17:37

Saatlı və Kürdəmir rayonlarında yanğın

27 İyun 2017 17:35

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27 İyun 2017 17:32

Millimizin hücumçusu debütantla anlaşdı

27 İyun 2017 17:32

Merkel homoseksualları sevindirdi

27 İyun 2017 17:28

Metroya girən heyvan sərnişinləri qorxutdu - VİDEO - FOTO

27 İyun 2017 17:27

"Bu, çox ciddi siyasi sənəddir"

27 İyun 2017 17:25

Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN

27 İyun 2017 17:18

"Qarabağ"ın oyun saatı açıqlandı

27 İyun 2017 17:17

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

27 İyun 2017 17:17

"Ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb"

27 İyun 2017 17:16

Azərbaycan Prezidenti: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır

27 İyun 2017 17:15

Hacıqabulda ağır qəza: 2 ölü

27 İyun 2017 17:14

"Gecə 3-də Acuna mesaj yazdım ki, doğuram" - FOTO

27 İyun 2017 17:12

Azərbaycan Prezidenti Qarabağla bağlı ədalətli mövqeyinə görə Polşa Prezidentinə təşəkkür edib

27 İyun 2017 17:12

Sabiq "Liverpul"lu xizək yarışlarında qüvvəsini sınayacaq

27 İyun 2017 17:12

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır

27 İyun 2017 17:08

Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK

27 İyun 2017 17:08

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

27 İyun 2017 17:05

Böyük Britaniya kraliçasının illik gəliri 100 mln. dolları keçəcək

27 İyun 2017 17:02

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

27 İyun 2017 17:02

Prezident İlham Əliyev: Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək

27 İyun 2017 17:01

Aspirinin saçlara inanılmaz faydası

27 İyun 2017 16:59

Tarixin yarımçıq qalan portretləri: İndi ayaqları da var - FOTOLAR

27 İyun 2017 16:58

Həkim: "Səhər tezdən dəniz kənarında olmaq insan orqanizmi üçün çox xeyirlidir"

27 İyun 2017 16:57

Goranboyda 27 yaşlı oğlanı ilan sancıb

27 İyun 2017 16:52

İrem Dericidən selülit açıqlaması

27 İyun 2017 16:52

Saatlı və Kürdəmir rayonlarında yanğın olub

27 İyun 2017 16:50

Azərbaycanda müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 16:48

"Differdanj"dan maraqlı addım - FUTBOLKA+BİLET

27 İyun 2017 16:47

Gürcüstan ordusunun hərbçisi intihar edib

27 İyun 2017 16:42

İzləyicisindən sual: "Afaq Aslan nə vaxt geyinəcək?"

27 İyun 2017 16:39

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu - VİDEO

27 İyun 2017 16:33

İtaliya klubu satışa çıxarıldı

27 İyun 2017 16:32

ABŞ Suriyaya hücum etdi: 62 mülki vətəndaş öldü

27 İyun 2017 16:28

ABŞ səfirinin oğlu Bakıda fotosərgi keçirəcək

27 İyun 2017 16:27